“Azelnut” MMC olaraq missiyamız qazandığımız etibar və keyfiyyətli məhsul ilə müştərilərimiz üçün dəyər yaratmaqdır. Biz müştərilərimiz üçün rahatlığı yalnız təklif etdiyimiz məhsullarla deyil, həm də hörmət və güvən vasitəsilə təmin etmək istəyirik. “Azelnut” MMC müştərilərin yüksək keyfiyyətli məhsul tələblərini yerinə yetirərək qlobal bazarda yaratdığı dəyərlərlə davamlı böyüməsini qoruyan şirkət olaraq, rəqabət gücü ilə qlobal miqyasda üstünlük verilən və güvənilən bir şirkət yolunda irəliləyir, yerli və xarici müştərilərinə yüksək əlavə dəyər, yenilikçi və etibarlı məhsul və həllər təqdim etmək üçün öz prinsipləri çərçivəsində hədəflərini davam etdirməyi hədəfləyir. Vizyonumuz innovativ və üstün keyfiyyətli məhsullar təklif edən aparıcı beynəlxalq şirkət olmaqdır. Bizi irəliyə aparan - məhsullarımızı öz keyfiyyət nişanımız ilə müştərilərə təqdim etmək və bu sayədə əldə etdiyimiz inamı ildən-ilə gücləndirməyin verdiyi motivasiyadır.