Fındıq ağacı haqqında
![]()
Hər birimizin əsasən Azərbaycanın Şimal bölgələrinin dağlarında, qayalıqlarında belə gördüyümüz bu ağacın, qulluğu əslində elə də çətin deyil. Fındıq ağcı istənilən yerdə və torpaqda bitir amma bol məhsul istəyirsinizsə, çox olmayan bəzi tələblərinə riayət etməlisiniz. Gəlin bu tələblərin nədən ibarət olduğunu araşdıraq.
Düzgün yer seçimi- yuxarıda yazdığım kimi Fındıq istənilən yerdə bitir. Yüksək məhsuldarlıq əldə etmək istəyirsinizsə, küləklərdən qorunan, isti və bol günəş olan bir yer seçin. Digər ağaclardan uzaq əkin. Məsafəni 4-5 metrə aralı edin ki, ağacınızın gur inkişafı üçün geniş yeri olsun. Günəşi bol olsa, ağacınızın gövdəsində hava yaxşı işləsə, bol məhsulunuz olacaq. Bol məhsul üçün torpağının da müntəzəm alaq otlarından təmizlənməsi və yumşaldılması vacibdir.
Torpaq seçimi- fındıq ağacının hər yerdə bitməsinə baxmayaraq, münbit və nəmişliyi çox olan torpaqlarda fındıq daha yaxşı inkişaf edir və bol məhsul verir. Qumlu torpaqlarda fındığı yetişdirmək çox böyük əziyyət tələb edəcək. Şoran torpaqlarda isə əkmək məsləhət deyil.