Bloq

Fındıq qabığının bu faydalarını bilirdiniz?

Fındıq qabığının bu faydalarını bilirdiniz?



Bu gün çoxlarımızın lazımsız bilərək zibil qutusuna atdığı fındıq qabıqlarından tibbdə xərçəng əleyhinə dərman hazırlandığını bilirdiz? Hətta qadınlar qədim zamanlardan hamilə qalmaq üçün fındıq qabıqlarını qaynadıb, suyunu içirmişlər. Mədə-bağırsaq xəstəlikləri, sidik yolları və soyuqdəyməyə kimi bir çox xəstəlikləri sağaldan fındıq qabığı çayı haqda sizə məlumat verəcəm.
Mütəxəssislər sağlam yaşamaq üçün hər gün bir ovuc fındıq yeməyi tövsiyə edir. Yaxşı, bəs yediyimiz bu 1 ovuc fındıq nələrə faydalıdır?
Ürək-damar sağlamlığını qoruyaraq profilaktik təsir göstərir.
Beyin sinirlərini qoruyur və sinir sistemində yaşa bağlı dəyişiklikləri azaldır.
Alzheimer riskini azaldır və beyin funksiyalarını tənzimləyir.
Depressiya və psixoloji pozğunluqların qarşısını alır.
Tərkibində B16 vitamini olduğu üçün xəstəliklərin qarşısını alaraq immuniteti gücləndirir.
Tərkibindəki sağlam yağ sayəsində pis xolesterinin qarşısını alır
Bədəndəki digər yağların yanmasını sürətləndirir.
Şəkər və şəkər xəstəliyinə qarşı faydalıdır.
Tərkibində yüksək miqdarda antioksidant olduğu üçün bədəndən zəhərli maddələrin çıxarılmasına kömək edir. Antioksidanların olması da yaşlanmanın qarşısını alır.
Bədənə enerji və canlılıq verir.