Bloq

Fındıq yağının faydaları

Fındıq yağının faydaları

Kosmetologiyada fındıq yağından geniş istifadə olunur. Onu bütün kosmetik vasitələrə əlavə etmək mümkündür. O orqanizm və dəri tərəfindən asan sorulur, yağ parıltısının əmələ gəlməsinə səbəb olmur. Bu yağdan kremlərin, maskaların, balzamların, şampunların, dodaq boyalarının, dərini silmək üçün istifadə edilən məhsulların hazırlanmasında istifadə edilir. Fındıq yağını istənilən dəri növünə tətbiq eləmək olur. O dərini təmizləyir, qidalandırır, dərinin alt qatlarına keçərək piy vəzilərinin fəaliyyətinin normallaşmasına səbəb olur. Fındıq yağını yulaf kəpəyi ilə qarışdırıb dəriyə qoyduqda istənilən nəticəni əldə eləmək mümkündür. Bunun üçün yulaf kəpəyinə bir-neçə damcı fındıq yağı damızdıraraq onu massaj şəklində üzün dərisinə yedirtmək lazımdır. Bu dərinin gözəlləşməsinə səbəb olur. Fındıq yağını dəriyə sürtməklə dəri səpgilərindən xilas olmaq mümkündür. Bu yağ dərini qidalandırır, qırışların açılmasına, dərinin rənginin durulaşmasına səbəb olur. Bunun üçün portağal yağı ilə fındıq yağınlı qarışdıraraq üzün və boyunun dərisini massaj etmək dərinin qocalmasının qarşısını alır, tonuslandırır və sağlamlaşdırır. Göz ətrafı bölgələrdə olan qırışıqlıqlardan xilas olmaq üçün həmin nahiyəni fındıq yağı ilə silmək lazımdır. Sistematik olaraq dərini fındıq yağı ilə silmək ona sağlam görüntü bəxş edir. Saçlara fındıq yağı sürtmək onların möhkəmlənməsinə, parıldamasına, saç diblərinin xəstəliklərdən xilas olmasına səbəb olur.