Çiy fındıq, yoxsa qovrulmuş fndıq? Hansı daha faydalıdır?
Çərəzlər son dərəcə sağlam qidalardan biridir və yolda olarkən ideal qəlyanaltı hesab olunur. Onlar sağlam yağlar, lif və zülalla zəngindir. Eyni zamanda bir çox vacib qida maddələri və antioksidantların əla mənbəyidir.
Bundan əlavə, araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı bir sıra sağlamlıq faydaları yaradır. Bunlara xolesterinin, qan təzyiqinin və qan şəkərinin azalmasına kömək etmək daxildir.
Lakin bəzi insanlar qovurma prosesinin çərəzlərin qida dəyərinə təsir edib-etmədiyini düşünür.
Fındıq niyə qovrulur?
Fındıq əsasən dadını, aromasını və xırtıldayan teksturasını yaxşılaşdırmaq üçün qovrulur.
Qovurma qidanın quru istilik vasitəsilə bişirilməsi prosesidir. Bu üsul qidanın bütün tərəflərdən bərabər şəkildə bişməsini təmin edir.
Əksər çərəzlər qabıqsız şəkildə qovrulur. İstisna olaraq, püstə çox vaxt qabığı ilə birlikdə qovrulur.
Çiy fındıq isə heç bir qovurma prosesindən keçməmiş fındıqdır.
Qovurma üsullarından bəzən çərəzlərin qabığını ləpəsindən ayırmaq üçün də istifadə edilir. Məsələn, keşyu qozunun qabığının çıxarılmasında bu üsul geniş tətbiq olunur və buna görə keşyu demək olar ki, heç vaxt çiy şəkildə satılmır.
Qovurma üsullarının əsas növləri
Quru qovurma:Heç bir yağ istifadə edilmədən həyata keçirilən qovurma üsuludur. Fındıq sobada və ya tavada quru şəkildə qovrula bilər.
Yağda qovurma:Yağ əlavə edilərək həyata keçirilən qovurma üsuludur. Bu üsulla da sobada və ya tavada qovurma mümkündür.
Çiy və qovrulmuş fındığın qida tərkibi oxşardır
Qovurma prosesi fındığın strukturunu və kimyəvi tərkibini müəyyən qədər dəyişdirir.
Əsas dəyişikliklər bunlardır:
- rəngin dəyişməsi;
- su miqdarının azalması;
- daha xırtıldayan teksturanın yaranması.
Çiy və quru qovrulmuş çərəzlərdə yağ, karbohidrat və zülal miqdarı bir-birinə çox yaxındır.
Lakin qovrulmuş çərəzlərdə hər qram üçün yağ və kalori miqdarı bir qədər yüksək ola bilər.
Qovurma zamanı çərəzlər müəyyən qədər su itirir. Buna görə qovrulmuş çərəzin çəkisi azalır və hər unsiya üçün yağ miqdarı bir qədər yüksək görünür.